"Qalatasaray"ın futbolçusu aşağı liqa klubunda

19:13 - 30 İyun 2022

"Qalatasaray"ın müdafiəçisi Alpaslan Öztürk Türkiyə I Liqasında çıxış edəcək.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu "Eyüpspor"a keçib. Təcrübəli mərkəz müdafiəçisi 1 il müddətinə icarə əsasında aşağı liqa klubunda oynayacaq.

 

Alpaslan Öztürk "Qalatasaray"a 2021-ci ilin yayında "Göztepe"dən transfer olunub. O, başa çatan mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 16 matçda 1 qol vurub.

Xəbər xətti