"Qarabağ"ın rəqibi portuqaliyalı futbolçu ilə müqavilə imzaladı

19:40 - 30 İyun 2022

Çempionlar Liqası I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex" ikinci transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, Polşa klubu portuqaliyalı yarımmüdafiəçi Alfonso Sousanı heyətinə qatıb. Bu barədə Poznanlıların rəsmi saytı məlumat yayıb.

 

22 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzlananıb.

 

Qeyd edək ki, Alfonso Sousa son mövsümü "Belenenseş"də keçirib.

Xəbər xətti