"Zirə"nin rəqibi "Seltik"in futbolçusunu heyətinə qatdı

20:39 - 30 İyun 2022

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Tel-Əviv təmsilçisi "Seltik"dən Nir Bittonu transfer edib. Bu barədə İsrail klubunun rəsmi saytı məlumat yayıb.

 

30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

 

Nir Bitton 2013-cü ildən "Seltik"də çıxş edirdi. İsrailli futbolçu son mövsümdə Şotlandiya klubunun heyətində meydana çıxdığı 38 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, "Zirə" "Makkabi" ilə ilk oyunu iyulun 21-də Bakıda keçiriləcək, cavab matçı isə iyulun 28-də Təl-Əvivdəki baş tutacaq.

Xəbər xətti