PSJ portuqaliyalı futbolçu transfer edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris klubu "Porto"dan Vitor Ferreyranı heyətinə qatıb.
22 yaşlı yarımmüdafiəçi 2027-ci ilə qədər PSJ-yə məxsus olacaq.
PSJ portuqaliyalı futbolçu üçün "Portu"ya 40 milyon avro ödəyəcək.
