"Napoli" gürcü futbolçunun keçidini açıqladı

13:50 - 1 İyul 2022

"Napoli" Xviça Kvaratsxeliyanın transeferini açıqlayıb. 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Neapol klubu "Dinamo"da (Batumi) oynayan gürcünü transfer edib. Amma onunla imzalanan müqavilənin detalları barədə açıqlama verilməyib.

Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Xəbər xətti