"Aris" - "Neftçi" matçının hakimləri dəqiqləşdi

14:15 - 1 İyul 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Aris"lə qarşılaşacaq "Neftçi"nin ilk oyunun hakim təyinatları bəlli olub.

Sportal.az xəbər verir ki, paytaxt klubunun səfər matçını xorvatiyalı hakimlər briqadası idarə edəcək.

Kiprdəki qarşılaşmanın baş hakimi İvan Bebekdi. Ona həmyerliləri Qoran Pataki və Luka Payiç kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Dario Bel yerinə yetirəcək.

"Aris" - "Neftçi" oyunu iyulun 21-də, Larnakadakı "AEK Arena"da baş tutacaq. Matç Bakı 21:30-da başlayacaq.

Xəbər xətti