"Lex"ə keçmək üçün "Dinamo" ilə müqaviləsini dondurdu

15:13 - 1 İyul 2022

Ukranyanın "Dinamo" klubunun futbolçusu Giorgi Tsitaişvili komandanın təlim-məşq toplanışını tərk edib.

 

Sportal.az xəbər verir ki, gürcüstanlı vinger Kiyev təmsilçisi ilə müqaviləsini dondurub. Bu barədə yerli mətbuat məlumat yayıb.

 

21 yaşlı futbolçu karyerasını Polşada davam etdirəcək. Gürcüstan millisinin üzvü Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex"ə keçəcək.

 

Qeyd edək ki, UEFA-nın qərarına əsasən Rusiya və Ukrayna klublarında çıxış edən legionerlər klubları ilə müqavilələrini dondurmaq hüququna malikdir.

Xəbər xətti