Türkiyə millisinin üzvü La Liqa klubundan ayrıldı

19:10 - 1 İyul 2022

Türkiyəli futbolçu Okay Yokuşlu İspaniyanın "Selta" klubundan ayrılıb.

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi La Liqa təmsilçisi ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib. Bu barədə futbolçu özü məlumat verib.

Türkiyə yığmasının da üzvü olan yarımmüdafiəçi son mövsümü icarə əsasında "Xetafe"də keçirib.

Xəbər xətti