Emreli "Dinamo"nu məğlubiyyətdən xilas etdi - VİDEO

22:13 - 1 İyul 2022

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” növbəti yoxlama görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, Sloveniya toplanışı zamanı Zaqreb klubu “Spartak”la (Trnava) qarşılaşıb. Xorvatiya çempionu Slovakiya klubu ilə 3:3 hesablı bərabərə qalıb.

​Mahirin komandası 34-cü dəqiqədə 0:3 məğlub duruma düşsə də, sonda məğlubiyyətdən qurtula bilib. Emreli 90-cı dəqiqədə 3-cü qolu vuraraq "Dinamo"nu məğlubiyyətdən xilas edib. 

Xəbər xətti