Azərbaycan millisi yarımfinala vəsiqə qazandı

23:14 - 1 İyul 2022

Kiçik ölkələrin Avropa çempionatında çıxış edən basketbol üzrə Azərbaycan millisi yarımfinala vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, Aleksandr Trifunoviçin rəhbərlik etdiyi kollektiv San-Marinoya 68:51 hesabı ilə qalib gəlib. 

Millimizin yarımfinaldakı rəqibi Malta yığması olacaq.

Qarşılaşma sabah keçiriləcək. 

​Xatırladaq ki, Azərbaycan millisi qrupda Maltaya 71:73, Andorraya isə 69:72 uduzmuşdu.

Xəbər xətti