"Turan" bərabərə qaldı, Balayevə ehtiyac olmadı

23:38 - 1 İyul 2022

Qazaxıstan yüksək liqasında 16-cı turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin qolkiperi Emil Balayevin formasını geyindiyi "Turan" da növbəti maçtına çıxıb.

Türküstan təmsilçisi "Tobol"la qarşılaşıb. Matç 2:2 hesabı ilə yekunlaşıb.

Balayev bu matçın iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

​“Turan” 16 turdan sonra 16 xalla 14 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti