"Qarabağ"ın futbolçusu "Kəpəz"də

10:01 - 2 İyul 2022

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə klubu "Qarabağ"da oynayan Zamiq Əliyevi icarəyə götürüb. 21 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

"Kəpəz" daha əvvəl Samir Məhərrəmli, Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimovu heyətinə qatıb. 

Xəbər xətti