"Qalatasaray" 19 yaşlı müdafiəçi transfer etdi

11:04 - 2 İyul 2022

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Altay"dan Kazımcan Karataşı transfer edib. Bu barədə "cim bom"nun rəsmi saytı məlumat yayıb.

 

19 yaşlı sol cinah çüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. "Qalatasaray" bu transfer üçün İzmir təmsilçisinə 20 milyon TL təzminat ödədiyini açıqlayıb.

 

Futbolçu "sarı-qırmızılar"da ilk mövsümdə 5.350.000 TL, növbəti mövsümlərdə isə müvafiq olaraq 6.750.000 TL, 7.500.000 TL, 8.500.000 TL və10.000.000 TL maaş alacaq.

 

Qeyd edək ki, Kazımcan Karataş "Altay"ın yetirməsidir. Gənc oyunçu 2020-ci ildən "ağ-qaralar"ın əsas komandasında çıxış edir. O, başa çatan mövsümdə izmirlilərin heyətində meydana çıxdığı 32 oyunda 1 ol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti