"Marsel" "Arsenal"ın futbolçusunu aldı

13:50 - 2 İyul 2022

"Marsel" son mövsümü icarə əsasında komandada keçirən Matteo Genduzinin transfer hüquqlarını "Arsenal"dan alıb.

Sportal.az xəbər verir ki, Fransa klubu yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Marsel" 23 yaşlı oyunçu üçün İngiltərə klubuna 11 milyon avro ödəyəcək.

Xəbər xətti