"Mançester Yunayted" futbolçusunu bu kluba göndərdi

16:17 - 2 İyul 2022

İngiltərənin "Mançester Yunayted" klubu qapıçı Din Hendersonu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı "əlcək sahibi" 1 il müddətinə "Nottingem Forest"də çıxış edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Din Henderson başa çatan mövsümdə "Mançester Yunayted"in heyətində 5 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti