Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" "Fatih Karagümrük"dən Emre Moru transfer edib. Bu barədə İstanbul nəhənginin rəsmi saytı məlumat yayıb.
"Fənərbaxça" 25 yaşlı vingerlə 3 illik müqavilə imzalayıb.
Emre Mor son mövsümdə "Fatih Karagümrük"ün heyətində meydana çıxdığı 29 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
