"Zirə"dən ayrılan Brayan Alseusun yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını Rumıniyada davam etdirəcək. Haitili futbolçu "Arceş"ə transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Brayan Alseus son mövsümün ikinci yarısını "Zirə"də keçirib. O, paytaxt təmsilçisinin heyətində 6 matçda meydana çıxıb.

