"İnter" İtaliya millisinin üzvünü icarəyə verdi

19:35 - 2 İyul 2022

İtaliyanın "İnter" klubu yarımmüdafiəçi Stefano Sensini komandadan göndərib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu A Seriyasına vəsiqə qazanan "Monza"ya icarəyə verilib. Məlumatı Milan təmsilçisinin rəsmi saytı yayıb. 

 

İtaliya millisinin üzvü 2022/2023 mövsümünü icarə əsasında "Monza"da keçirəcək.

 

Qeyd edək ki, Stefano Sensi son mövsümün ikinci yarısını "Sampdoriya"da keçirib və meydana çıxdığı 11 matçda 1 qol vurub.

Xəbər xətti