Güləşçimiz Avropa çempionatının finalına yüksəldi

19:50 - 2 İyul 2022

İtaliyanın paytaxtı Romada 20 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün sərbəst güləşçilərin mübarizəsi başlayıb.

 

Azərbaycan idmançısı Cəbrayıl Qadjiyev 1/16 finalda yunanıstanlı Georgios Terzidisə (10:0), 1/8 finalda italiyalı Luka Finizioya (11:0), 1/4 finalda rumıniyalı Kristian Biroya (6:2), yarımfinalda isə türkiyəli Muhammed Özmuşa (7:0) qalib gələrək Avropa çempionatının finalına yüksəlib.

Xəbər xətti