Cüdoçularımızdan Açıq Avropa turnirinin ilk günündə 5 medal

20:34 - 2 İyul 2022

2 iyul 2022-ci il tarixində böyüklər arasında cüdo üzrə Açıq Avropa turnirinin ilk gününün nəticələri bəlli olub.

 

Sportal.az xəbər verir ki, idmançılarımız Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən yarışın ilk günündə yüksək nəticə əldə edib.

 

-60 kq. çəkidə Nazir Talıbov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan digər idmançımız Rəşad Yelkiyev turniri bürünc medalla başa vurub.

 

-66 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ruslan Paşayev bürünc medala yiyələnib.

 

-73 kq. çəkidə Telman Vəliyev final görüşündə tatamidən qalib ayrılaraq qızıl medala layiq görülüb. Eyni çəki dərəcəsində yarışan idmançımız Nəriman Mirzəyev isə turniri bürünc medalla başa vurub.

 

İlk günün nəticələrinə görə, cüdoçularımız 5 medal qazanaraq kişilər arasında və ümumi komanda hesabında Açıq Avropa turnirdə birinci yerdədir.

Xəbər xətti