Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Everton"la müqaviləsi başa çatan Cenk Tosunu rənglərinə bağlayıb. Məlumatı "qara qartallar"ın rəsmi saytı yayıb.
31 yaşlı forvardla 1+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Cenk Tosun 2014-2018-ci illərdə və 2021-ci ildə "Beşiktaş"da oynayıb.
saytlarin hazirlanmasi
