"Atletiko"dan ayrılan Şime Vrsalko "Olimpiakos"da oynayacaq.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Müdafiəçi yeni komandasına azad agent kimi keçib.
Xorvatiya millisinin üzvü “Dinamo”(Zaqreb), “Cenoa”, “Sassuolo”, İnter” klublarında da oynayıb.
