"Everton" transfer həyata keçirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd klubu "Bernli"də oynamış Ceyms Tarkovskini heyətə cəlb edib.
29 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Tarkovski İngiltərə yığmasında 2 oyuna çıxıb.
