Superkubokun məkanı və vaxtı dəqiqləşdi

10:41 - 3 İyul 2022

2022/23 mövsümündə İtaliya superkubokunun keçiriləcəyi matçın məkanı və vaxtı məlum olub.

Sportal.az "tuttosport"a istinadən xəbər verir ki, ölkə çempionu olan "Milan"la kubokun qalibi "İnter"lə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində qarşılaşacaq. Matç 2023-cü il yanvarın 18-nə planlaşdırılıb.

Bununla da İtaliya superkuboku 12-ci dəfə ölkə xaricində oynanılmış olacaq. 

Xəbər xətti