İtaliya A Seriyasına yeni vəsiqə qazanan "Monza" transfer çalışmalarına davam edir.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Monza" PSJ-nin forvardı Mauro İkardi və "Yuventus"da oynayan Paulo Dibalanı transfer etmək istəyir.
Klubun baş direktoru Adriano Qalliani hər iki futbolçu üçün danışıqlara start verib.
"Monza" tarixində ilk dəfə olaraq qarşıdakı mövsümdə A Seriyasında çıxış edəcək.
