"Mançester Siti"nin futbolçusu komandasını dəyişdi

12:16 - 3 İyul 2022

"Mançester Siti"nin müdafiəçi Ko İtakura Almaniyada oynayacaq.

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu "Borussiya" ilə anlaşıb.

Münhenqladbax klubu yaponla 4 illik müqavilə imzalayıb.

2019-cu ilin yayında "Mançester Siti"yə keçən İtakura son mövsümü icarə əsasında "Şalke"də keçirib.

Xəbər xətti