Pepe Reyna "Latsio"da qalmayacaq.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı qapıçı paytaxt klubunda qalmaq istəmir. Baxmayaraq ki, onun Roma klubu ilə müqaviləsi 2023-cü ilin iyun ayında sona çatacaq.
Reyna 2020-ci ildə “Milan”dan “Latsio”ya keçib.
