"Real" Daniel Sebalyosu satmağa hazırdı.
Sportal.az "Diario AS"a istinadən xəbər verir ki, "kral klubu" yarımmüdafiəçi üçün 12-15 milyon avro tələb edib.
Madrid təmsilçisinə Sebalyos üçün bu pulu təklif edən olmazsa, onu satmayacaq. Xatırladaq ki, "Betis" Nabil Fekirin gedişindən sonra onun boşluğunu Sebalyosla doldurmaqda israrlıdı.
