Gürcüstan millisinin üzvü "Neftçi"də

15:53 - 3 İyul 2022

"Neftçi" daha bir transferi reallaşdırmağa hazırlaşır.


Sportal.az xəbər verir ki, "ağ-qaralar" Gürcüstan millisinin müdafiəçisi Solomon Kvirkveliya ilə müqavilə imzalayacaq.

Paytaxt klubu gürcü ilə 2 illik müqavilə imzalayacaq. Tərəflər razılıq əldə etdiyi bildirilir.


30 yaşlı müdafiəçi “Rubin”, “Nefteximik”, “Lokomotiv”(Moskva), “Rotort”, “Metallist”, “Qaqra” klublarında oynayıb.

Xəbər xətti