"Qəbələ"nin rəqibi aparıcı üzvünü komandada saxladı

16:16 - 3 İyul 2022

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" (Macarıstan) aparıcı futbolçusunu komandada saxlayıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, söhbət "Stopira"dan gedir.

Belə ki, Macarıstan klubu Kabo-Verde millisinin üzvü Yannik duş Santuş Tavareşlə müqavilə müddətini  bir il də artırıb.

34 yaşlı müdafiəçi 2012-ci ildən "Fehervar"ın formasını geyinir. 

"Qəbələ" "Fehervar"la ilk oyun iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Xəbər xətti