"Sivasspor" və "Adana Dəmirspor" Azərbaycan millisinin müdafiəçisini istəyir

18:56 - 3 İyul 2022

Azərbaycan millisinin müdafiəçisi Mert Çelik yeni mövsümə "Başakşəhir"də başlamayacaq.

Sportal.az xəbər verir ki, bu barədə "CBC Sport"da yayımlanan "Transfer Mövsümü" verilişində məlumat verilib.

Belə ki, millimizin üzvünün "Başakşehir"in hazırlıqlarında iştirak etməsinə baxmayaraq, mövsümə başqa komandada başlayacağı iddia edilib.

Türkiyədən verilişə telefon bağlantısı ilə qoşulan idman jurnalisti Hakan Gündoğar Çelikin "Sivasspor" və "Adana Dəmirspor" arasında seçim edəcəyini bildirib.

Mirbağırağa

Xəbər xətti