"Qəbələ" Türkiyəyə yollandı

20:18 - 3 İyul 2022

“Qəbələ” 2022/23 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə uçub.

Sportal.az xəbər verir ki, Boluda təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” iyulun 13-dək qonşu ölkədə hazırlaşacaq. 

Hazırlıq dönəmində "Qəbələ" iki yoxlama görüşünə də çıxacaq. İyulun 5-də "Qaziantep" klubu ilə qarşılaşacaq komanda, 12-də Rumıniyanın "Çiksereda" komandası ilə oynayacaq. 

Xəbər xətti