"Çelsi"ni "Barselona"ya dəyişmədi

20:36 - 3 İyul 2022

"Çelsi"nin kapitanı Sezar Asplikueta "Barselona"da oynamayacaq.

Sportal.az "Sport.es"ə istinadən xəbər verir ki, təcrübəli futbolçunun Kataloniya klubuna keçə bilməməsinin səbəbi "Çelsi"nin onunla müqavilə müddətini uzatmasıdı.

"Zadəganlar" 33 yaşlı futbolçuya görə "Barsa"dan tələb etdiyi pulu ala bilməyincə, onlar da ispanla müqavilə müddətini artırıb.

 

Xəbər xətti