"Neftçi" yeni transferilə müqavilə müddətini açıqladı

12:27 - 4 İyul 2022

"Neftçi" Gürcüstan millisinin üzvü Solomon Kvirkveliyanı transfer edib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kvirkveliya ilə 2 il müddətinə müqavilə imzalanıb. 30 yaşlı müdafiəçi 4 nömrəli formanı geyinəcək.

Gürcü "Rubin" (2011-2017), “Nefteximik” (2012), “Lokomotiv” (Moskva, 2017-2021), “Rotor” (2020-2021), “Metallist 1925” (Ukrayna) və “Qaqra” (2022) (Gürcüstan) klubunda oynayıb. edib.

 

Xəbər xətti