Braziliya millisinin üzvü "Arsenal"da

12:40 - 4 İyul 2022

"Arsenal" Braziliya millisinin hücumçusu Qabriel Jezusun transferini həll edib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi braziliyalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən o, 2027-ci ilin iyunun sonuna qədər "Arsenal"a məxsus olacaq.

25 yaşlı futbolçu üçün 45 milyon funt-sterlinq ödənilib.

Jezus 2016-cı ildən “Mançester Siti”də oynayırdı. 

Hücumçu 2015-2016-cı illərdə “Palmeyras”ın formasını geyinmişdi. O, Braziliya millisində də çıxış edir. Forvard 6 illik “Mançester Siti” karyerası ərzində 159 oyuna 58 qol vurub. 

Xəbər xətti