"Qarabağ" Poznana belə çatdı - VİDEO

13:05 - 4 İyul 2022

Avstriyadakı təlim-məşq toplanışını başa vuran "Qarabağ" Polşaya uçub.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ötən gecə axşam saatlarında Poznana çatıb.

"Qarabağ" bu gün axşam Poznan stadionunda məşqə çıxacaq. 

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində sabah baş tutacaq “Lex” – “Qarabağ” matçı Bakı vaxtilə saat 22:00-da start götürəcək.
 

Xəbər xətti