Millimizin daha bir üzvünün legioner həyatı başa çatdı

13:43 - 4 İyul 2022

Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstan klubundan ayrılıb.

Sportal.az saytına verilən məlumata görə, 28 yaşlı qolkiper "Turan"la müqaviləsini pozaraq Bakıya qayıdıb.

Balayevin yaxın günlərdə "Səbail"lə müqavilə imzalayacağı gözlənilir. 

Xəbər xətti