Yeni mövsümdən birinci divizionda çıxış edəcək "Araz Naxçıvan" daha bir legioneri gətirməyə hazırlaşır.
Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisinin növbəti legioner transferi İrandan olacaq.
Belə ki, son olaraq aşağı liqada çıxış edən "Payam Toos Xorasan"da oynamış Sohrab Faxrabadı "Araz Naxçıvan"a keçməyə hazırlaşır.
Bundan əvvəl isə birinci liqa təmsilçisi U-19 yığmamızın sabiq üzvü, "Beşiktaş" yetirməsi olan Ege Atlamı transfer etmək üçün danışıqlara başlamışdı.
Mirbağırağa
