"Lex" "Qarabağ"la matça itkilərlə çıxacaq

17:52 - 4 İyul 2022

"Lex" Çempionlar Liqası I təsnifat mərhələsinin "Qarabağ"la ilk oyununa itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, bu barədə Poznan təmsilçisinin baş məşqçisi Con van den Brom matçdan əvvəl baş tutan mətbuat konfransında məlumat verib. O, müdafiəçi Bartoş Salamonun zədə, yarımmüdafiəçi Dani Ramiresin isə klubdan ayrılmaq istədiyi üçün matçı buraxacağını deyib.

Qeyd edək ki, "Lex" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 22:00-da Poznan stadionunda baş tutacaq.

Xəbər xətti