Paytaxt klubu 36 yaşlı futbolçunu buraxmadı

10:00 - 5 İyul 2022

İngiltərə millisinin sabiq üzvü Eşli Yanq "Aston Villa"da qalıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı futbolçunun müqavilə müddəti 2023-cü ilin yayına qədər artırılıb.

2021-ci ildən London klubunda çıxış edən Yanq ötən mövsüm 25 matçda 2 assistlə yadda qalmışdı. 

​36 yaşlı futbolçu “Uotford”, “Mançester Yunayted” və “İnter”də oynadıqdan sonra “Aston Villa”ya qayıtmışdı. O, 2007-2011-ci illərdə də London klubunda çıxış etmişdi.

Xəbər xətti