Argentina millisinin forvardı Lautaro Martines bu yay "İnter"dən ayrılmayacaq.
Sportal.az xəbər verir ki, argentinalı forvard bu barədə özü sosial hesabında məlumat verib. Lautaro Milan klubunda qalmasını bu sözlərlə ifadə edib: "Növbəti mövsümün startına az qalıb. Daha bir il birlikdə".
Adı "Tottenhem"lə hallanan argentinalı hücumçunun "nerazzura" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
