"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı"

10:56 - 5 İyul 2022

"Visla"nın (Plotsk) müdafiəçisi Yakub Jezniçak Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Lex" - "Qarabağ" matçi barədə danışıb.

Sportal.az xəbər verir ki, Polşanın "Weszlo" portalına danışan Ağdam klubunun sabiq futbolçusu bunları deyib:

"Lex"in bəxtinə mümkün rəqiblər arasında ən çətini düşdü. Çünki daha əlverişli püşkatma gözləmək olardı. Onları Azərbaycan çempionuna qarşı çox çətin oyun gözləyir. Amma “Lex” Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasının qrup mərhələsində oynamaq istəyirsə, “Qarabağ” kimi komandalardan qorxmamalıdı".

Xəbər xətti