"Beşiktaş"dan ayrılan Kayl Larinin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, kanadalı hücumçu karyerasını Belçikada davam etdirəcək. 27 yaşlı forvard "Brügge"yə transfer iolub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kanada millisinin üzvü "göy-qaralar"la 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kayl Larin "Beşiktaş"a 2017-ci ilin yanvar ayında "Orlando"dan transfer olunmuşdu. Təcrübəli qolçu son mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 38 oyunda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
