“Sumqayıt” Moldova millisinin müdafiəçisi Aleksandr Belousovla anlaşmağa yaxındı.
Sportal.az saytına verilən məlumata görə, moldovalı futbolçu müqavilə üçün ölkəmizə gəlib. “Şerif”ə məxsus futbolçunun “gənclik şəhəri” təmsilçisi ilə yaxınlarda müqavilə imzalayacağı gözlənilir.
24 yaşlı futbolçu “Şerif”ə məxsus olsa da, “Dinamo Avto” və “Şfintul George” klublarında icarə əsasında çıxış edib. O, həm də 2020-ci ildən Moldova millisinin şərəfini qoruyur.
