"Roma"nın yeni transferi: "Komandaya Mourinyoya görə gəlmişəm"

15:03 - 5 İyul 2022

"Roma"nın yeni transferi Nemanya Matiç İtaliya klubuna keçidi barədə danışıb.

Sportal.az "ITASportPress"ə istinadən xəbər verir ki, serbiyalı mütəxəssis paytaxt klubuna keçidini belə şərh edib:

"Joze Mourinyo ilə yaxşı tanışıq və yenidən onunla işləyəcəyimə görə şadam. Komandaya Joze Mourinyoya görə gəlmişəm. Mən onun rəhbərliyi altında ən çox meydana çıxan oyunçu olmaq və Lampardı qabaqlamaq istəyərdim. "Roma"nın perspektivini bəyənirəm. Bu səbəbdən seçimimi belə etdim".

Xəbər xətti