"Qəbələ" israilli ilə müqavilə imzaladı - RƏSMİ

17:00 - 5 İyul 2022

"Qəbələ" növbəti transferini həyata keçirib. 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi israilli yarımmüdafiəçi Feras Abu-Akalla anlaşıb.

25 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb. O, 6 nömrəli formanı geyinəcək.

Feras "Hapoel İroni", "Aşdod" klublarında çıxış edib.

"Qəbələ" Ferasa qədər İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosu transfer etmişdi.

Xəbər xətti