"Yuventus" italiyalı üçün təklif göndərib

18:17 - 5 İyul 2022

"Yuventus" Nikolo Zaniolo üçün "Roma"ya müraciət edib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "qoca sinyora" Zaniolaya görə 30-35 milyon avroluq təklif göndərib. Amma "Yuventus" italiyalı futbolçunu öncə icarəyə götürmək niyyətindədi.

"Roma" isə futbolçusunu 50 milyon avrodan aşağı qiymətə satmaq istəmir. 23 yaşlı futbolçu özü isə "Yuventus"da oynamaq istəyir. 

Xəbər xətti