"Lex"in baş məşqçisi: "Qələbə bizimdirsə, deməli daha yaxşı olmuşuq"

09:42 - 6 İyul 2022

"Lex"in baş məşqçisi Con van den Bromun Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ı məğlub etdikləri matçdan sonra mətbuat konfransında danışıb.

Sportal.az xəbər verir ki, niderlandlı məşqçi Ağdam klubu üzərindəki qələbəni belə şərh edib:

“Müdafiədə etibarlı olmalı idi. Düzdür, bu, bizim oyun tərzimi deyil. Lakin vəziyyət fərqli idi. Çempionlar Liqasında oynayırdıq və mövsümün ilk rəsmi matçı idi. Çox həyəcanlıyam. Azarkeşlərimiz möhtəşəm idi. Dünən bir nəfər məndən klubun gələcəyi haqda nə düşündüyümü soruşdu. Ona komanda ilə aramda xüsusi bağ olduğunu dedim. Bu gün bu təsdqiləndi.

Çempionlar Liqasında müdaifədən oynamaq məcburiyyətindəsiniz. Burada ancaq qələbə düşünən bir zehniyyət istəyirəm. Nəticə önəmli idi. Daha çox qol vura bilərdik. Rəqibin də təhlükəli epizodları oldu. Yaxşı futbolçulara sahibdirlər. Belə rəqibə qarşı bu matçı qazanmaq vacib idi. Hələ heç nə bitməyib. Qarşımızda cavab oyunu var və üstünlük qazanmışıq”.

"Lex"in çalışdırıcısı Qurban Qurbanovun daha yaxşı olduqları fikri ilə də razılaşmadığını əlavə edib: “Buna qatılmıram. Qazandıq, daha yaxşı tərəf biz idik. Düzdür, topa nəzarət onlarda idi, ancaq futbolda önəmli olan qazanmaqdır. Qələbə bizimdirsə, deməli daha yaxşı olmuşuq”.

Xəbər xətti