Türkiyə Super Liqasını yayımlayan "BeINSports" kanalı 8-ci turun rəmzi heyətini açıqlayıb.
Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda həftənin simvolik "11-liyi"nə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov da seçilib. "Hatayspor"un forardı 40 faiz səslə ən yaxşı hücumçular sırasına daxil olub.
Renat "Hatayspor"un "Konyaspor"u 3:1 hesabı ilə məğlub etdiyi matçda 2 qol vurub.
Qapıçı: Fernando Muslera ("Qalatasaray")
Müdafiəçilər: Davinson Sançes ("Qalatasaray"), Aleksander Ciku, Rodriqo Bekao, Ferdi Kadıoğlu (hamısı "Fənərbaxça")
Yarımmüdafiəçilər: İsmail Yüksek ("Fənərbaxça"), Berkay Özcan ("Başakşehir"), Duşan Tadiç ("Fənərbaxça")
Hücumçular: Mauro İkardi ("Qalatasaray"), Vensan Abubakar (“Beşiktaş”), Renat Dadaşov ("Hatayspor")
saytlarin hazirlanmasi