La Liqa klubu "Qalatasaray"ın ulduzunu istəyir

21:41 - 11 Oktyabr 2023

"Qalatasaray"ın hücumçusu Mauro İkardi karyerasını ispaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Betis" argentinalı forvardın xidmətində maraqlıdır. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

İspaniya klubu 30 yaşlı ön xətt oyunçusu üçün qış transfer pəncərəsi zamanı "sarı-qırmızılar"a təklif göndərəcək. Lakin İstanbul təmsilçisinin ulduz futbolçunu buraxacağı real görünmür.

Qeyd edək ki. Mauro İkardi cari mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti